20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
11 fiziki və hüquqi şəxsə taksi sifarişi üçün operatorluq icazəsi verilib
Tarix: 19-07-2024 10:54 | Bölmə: İqtisadiyyat
11 fiziki və hüquqi şəxsə taksi sifarişi üçün operatorluq icazəsi verilib

Bu günə qədər Azərbaycanda 11 fiziki və hüquqi şəxs taksi sifarişi operatoru kimi fəaliyyət göstərmək icazəsi verilib.

Reyting.az
-ın məlumatına görə, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev sektorda qanunvericiliyin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, indiyə qədər taksi daşımaları üçün 9 001 buraxılış vəsiqəsi verilib ki, bunun da 8 954-nü fərdi sahibkarlar, 47-ni hüquqi şəxslər alıb.

Sədr əlavə edib ki, 11 854 nəqliyyat vasitəsinə buraxılış kartı verilib: “Bunun da 11 171-ni fərdi sahibkarlar, 683-nü hüquqi şəxslər alıb. Nəqliyyat vasitələrinin 8 367-nin (71 %-nin) istehsal tarixi 2009-2015-ci illər arasında, 3 487-nin (29%) istehsal tarixi isə 2016-2024-cü illər arasındadır.

25 084 nəfər təlimə cəlb olunub, bunlardan isə 23 434 nəfər təlimi bitirərək şəhadətnamə alıb”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər