20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
“AzInTelekom”da şübhəli tender: milyonluq layihələr kimə verilir?
Tarix: 24-07-2024 17:57 | Bölmə: İqtisadiyyat
“AzInTelekom”da şübhəli tender: milyonluq layihələr kimə verilir?

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelekom” MMC WAF (Web Application Firewall) həllini fantastik məbləğə yeniləyir.

Reyting.az
İqtisadiyyat.az-a istinadla xəbər verir ki, MMC WAF həllinin yenilənməsi xidmətinin satın alınması ilə bağlı elan etdiyi tenderi yekunlaşdırıb.

Tenderin nəticələrinə görə, “AzInTelekom” bu texniki işləri “İnfinitech” şirkətinə həvalə edib və şirkətə 824 060,08 manat ödəniş edəcək.

May ayında tender elan olunan zaman isə “AzInTelekom” WAF həllinin yenilənməsi xidmətinin 829 370 manata başa gələcəyini ehtimal edirdi. Göründüyü kimi, şirkət dövlət qurumuna cəmi 5000 manat civarında güzəşt edə bilib.

Xatırladaq, İKT sektorunda fəaliyyət göstərən “İnfinitech” MMC 2002-ci ildə dövlət qeydiyyatına alınıb. “AzInTelekom” 2022-ci ildən bu şirkətlə əməkdaşlığa başlayıb və qısa müddət ərzində “İnfinitech” onun “sevimli şirkət”inə çevrilib. “İnfinitech” indiyədək “AzInTelekom”un 15 milyon manatlıq tenderlərinin qalibi olub.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər