Rusiyaya qarşı sanksiyaları genişləndirmək istəyirlər
Tarix: 25-07-2024 16:47 | Bölmə: İqtisadiyyat
Rusiyaya qarşı sanksiyaları genişləndirmək istəyirlər

Avropa İttifaqı Rusiyanın metal məhsullarına qoyulan qadağanı genişləndirmək istiqamətində çalışır. Artıq Avropa İttifaqında bununla bağlı razılıq əldə olunub.

Reyting.az
xəbər verir ki, bu barədə daha əvvəl AŞPA-dakı deputat yoldaşları ilə birlikdə müvafiq müraciətlə Avropa İttifaqına müraciət edən ukraynalı deputat Aleksey Qonçarenko yazıb.

Qonçarenko bildirib ki, artıq Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrelldən məktublarına cavab alıblar.

Borrell bildirib ki, o, deputatların Rusiya metal məmulatlarının Aİ-yə idxalını tamamilə dayandırmaq təklifi ilə razıdır.

Xatırladaq ki, 12-ci sanksiyalar paketində Avropa İttifaqının Rusiya plitələri üçün kvotanı daha dörd il uzatması əvvəllər tətbiq edilən məhdudiyyətləri zəiflədib.

Öz növbəsində, üç ölkənin - Ukrayna, Polşa və Estoniyanın deputatları Aİ-yə müraciət edərək daha sərt davranmağa, təkcə yeni sanksiyaların tətbiqinə deyil, həm də mövcud sanksiyaların gücləndirilməsinə çalışmağa çağırıblar.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər