20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Avropa İttifaqı 7 ölkənin büdcəsi ilə bağlı araşdırmaya başlayıb
Tarix: 26-07-2024 18:32 | Bölmə: İqtisadiyyat
Avropa İttifaqı 7 ölkənin büdcəsi ilə bağlı araşdırmaya başlayıb

Avropa İttifaqı (Aİ) yüksək büdcə kəsirlərinə görə Fransa, İtaliya və Belçika da daxil olmaqla, 7 üzv ölkəyə qarşı intizam prosesinə start verib.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.

Qeyd edib ki, həmin ölkələrin büdcələrində proqnozlaşdırılmayan çox ciddi kəsir yaranıb: "Bu səbəbdən Belçika, Fransa, İtaliya, Macarıstan, Malta, Polşa və Slovakiya büdcələrindəki kəsirlərinin mövcudluğunun araşdırılması iə bağlı Şura tərəfindən qərar qəbul edilib. Üzv ölkələr dövlət büdcələrində nizam-intizamlı olmalı, həddən ziyada artıq kəsirdən qaçmalı, dövlət borcunu aşağı səviyyədə saxlamalı və sair tələblərə əməl etməlidir".

Xəbərdə deyilir ki, üzv dövlətlərdə büdcə kəsirləri ÜDM-in 3 faizindən çox olmamalıdır.

Xatırladaq ki, ötən il İtaliyada 7,4 faiz, Macarıstanda 6,7 ​​faiz, Rumıniyada 6,6 faiz, Fransada 5,5 faiz, Polşada 5,1 faiz, Malta və Slovakiyada 4,9 faiz, Belçikada 4,4 faiz büdcə kəsiri yaranıb.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər