20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Mərkəzi Bank vəzifəli şəxsləri cərimələyib
Tarix: 30-07-2024 17:16 | Bölmə: İqtisadiyyat
Mərkəzi Bank vəzifəli şəxsləri cərimələyib

Mərkəzi Bank "City Finance", “Kəpəz” və “İnkişaf üçün Maliyyə” MMC-lər bank olmayan kredit təşkilatlarının (BOKT) vəzifəli şəxslərini cərimə edib.

Reyting.az
xəbər verir ki, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq "City Finance"in vəzifəli şəxsi 1 500 manat, "Kəpəz"in vəzifəli şəxsi isə 6 000 manat cərimələnib.

Bundan başqa, AMB-nin apardığı kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddələrinə müvafiq olaraq AMB-nin təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin qərarı ilə "İnkişaf üçün maliyyə" 20 min manat, onun vəzifəli şəxsi isə 2 min manat cərimələnib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər