20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
İki bankın əmlakları hərraca çıxarılıb
Tarix: 31-07-2024 16:55 | Bölmə: İqtisadiyyat
İki bankın əmlakları hərraca çıxarılıb

Avqustun 15-də və 27-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “NBCBank” ASC-nin, avqustun 27-də isə ləğv prosesində olan "Zamin Bank" ASC-nin daşınar və daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.

Reyting.az
xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Söhbət “NBC Bank”a məxsus dəyəri 1,1 min manat olan 1 ədəd “HP” markalı server avadanlığından, eləcə də Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 81 ünvanındakı dəyəri 500 min manat olan 263 kv.metrlik və dəyəri 2,3 milyon manat olan 281,2 kv.metrlik qeyri-yaşayış sahələrindən, "Zamin Bank"a məxsus Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 145 ünvanındakı dəyəri 190 min manat olan 80,3 kv.metrlik, dəyəri 326 min manat olan 143,4 kv.metrlik, dəyəri 491 min manat olan 216,3 kv.metrlik qeyri-yaşayış sahələrindən və Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi, ev 251 ünvanındakı ümumi dəyəri 460 min manat olan 30,8 kv.metrlik və 33,2 kv.metrlik mənzillərdən gedir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər