20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Fondun Himayəçilik Şurasına sədr və müavin təyin edilib
Tarix: 02-08-2024 17:02 | Bölmə: İqtisadiyyat
Fondun Himayəçilik Şurasına sədr və müavin təyin edilib

Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) Himayəçilik Şurasına yeni sədr və sədr müavini təyin edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Fond məlumat yayıb.

Məlumata görə, Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Gülər Paşayeva Himayəçilik Şurasının sədri seçilib. O bu vəzifədə AMB-nin baş direktoru Toğrul Əliyevi əvəz edib.

Bundan əlavə, AMB-nin digər baş direktoru Şahin Mahmudzadə HŞ-nin sədr müavini təyin edilib.

Qeyd edək ki, Fond ali idarəetmə orqanı olan Himayəçilik Şurası və icra orqanı olan İcraçı Direktor tərəfindən idarə olunur. Fondun Himayəçilik Şurası yeddi nəfərdən ibarətdir. Himayəçilik Şurasının tərkibinə Mərkəzi Bankın iki nümayəndəsi, müvafiq icra hakimiyyəti orqanlarının üç nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların iki nümayəndəsi daxildir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər