Gürcüstan hökuməti ermənilərə görə torpaqları müsadirə edir
Tarix: 12-08-2024 14:28 | Bölmə: İqtisadiyyat
Gürcüstan hökuməti ermənilərə görə torpaqları müsadirə edir

Gürcüstan hökuməti Ermənistanla sərhədə qədər yeni Rustavi-Sadaxlo avtomobil yolunun tikintisi üçün Marneuli rayonundakı torpaqları mülkiyyətçilərdən müsadirə edir.

Reyting.az
“Novosti-Georgia” portalına istinadla xəbər verir ki, layihə Şərq-Qərb Beynəlxalq Yol Layihəsi üçün kredit sazişi çərçivəsində Avropa İnvestisiya Bankı tərəfindən maliyyələşdirilir.

Mövcud yola paralel uzanacaq yeni marşrut xətti dördzolaqlı olacağı nəzərdə tutulub və uzunluğu 11 körpü və keçid daxil olmaqla 30 kilometrə yaxın olacaq. Tikinti 250 milyon avroya başa gələcək.

Sərəncamın mətnindən belə nəticəyə gəlmək olar ki, bir neçə torpaq mülkiyyətçisi onu satmaqdan imtina edib və ya təklif olunan qiymətlə razılaşmayıb. İndi torpaq sahələrinin özgəninkiləşdirilməsi zorla həyata keçiriləcək.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
6-12-2024, 08:23 ABŞ pulsuz qala bilər

bütün xəbərlər