Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Şaraa Əsədi geri almaq istəyir
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 17-05-2016 16:43 | Bölmə: İqtisadiyyat

Azərbaycanda banka aidiyyatı olan şəxslərlə və ya aidiyyəti olan şəxs adından hərəkət edən şəxslərlə əməliyyatların aparılması qaydalarının pozulmasına görə yeni cəzalar müəyyənləşdirilib.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif olunan əlavələr Milli Məclisin bugünkü iclasında qəbul edilib.
Dəyişikliyə əsasən, məcəlləyə yeni iki bənd əlavə edilib. Belə ki, səhmdar cəmiyyətlərinə aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulmasına, həmçinin belə əqdlərlə əlaqədar qanunla müəyyən edilən qaydada məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslər 1000 manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər 10 min manatdan 5 min manatadək miqdarda cərimə ediləcək.
İnzibati Xətalar Məcəlləsinə edilən başqa bir əlavəyə görə, digər hüquqi şəxslərə aidiyyatı olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulmasına, həmçinin belə əqdlərlə əlaqədar qanunla müəyyən edilən qaydada məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslər 500 manatdan 1000 manatadək miqdarda, hüquqi şəxslər 5 min manatdan 10 min manatadək miqdarda cərimə ediləcək.
Deputat Fazil Mustafa bildirib ki, çox vaxt vətəndaşlar tələm-tələsik kreditin xarici və ya milli valyutada olduğunu dəqiq bilmədən sənədə imza atır və sonradan problem yaşayır.
"Devalvasiyadan sonra banklara 1,6 milyard manat əlavə pul ödənməlidir. Banklar haqlı olaraq pulunu tələb edir.
Vətəndaş da haqlıdır ki, krediti götürdüyü vaxtdakı xarici valyuta ilə ödəmək istəyirlər.
Bu istiqamətdə Mərkəzi Bank iş görmür, yalnız 3 banka vəsaitlərinin 71 faizini verib.
Ölkədə 37 bank var və onların 50 faizinin kredit borclarını qaytarması ilə problemi var. Onlara dəstək verilməsi lazımdır ki, 2 milyarda yaxınlaşan borcların 1 milyardı ödənilsin. Vətəndaşın vəziyyətini yüngülləşdirmək üçün addımlar atılmalıdır. Burada qanuna dəyişiklik edirik, amma problem özlüyündə həll olunmur. İntiharların sayı artır, insanların əksəriyyəti ailə problemi ilə qarşılaşır.
Burada Milli Məclisin təşəbbüs göstərməsi lazımdır ki, insanları acınacaqlı vəziyyətdən çıxardaq. Hökumət banklara daha çox dəstək verməklə problemi həll etdi, amma vətəndaşa kömək üçün addım atılmır. Devalvasiyadan sonra yaranmış vətəndaşların kredit məsələsində ən azı qanunvericilik təşəbbüsü formasında layihələrin verilməsi vacibdir.
Suyun qiyməti qalxdı, sosial şəbəkələrdə qazın, işığın mərhələli qiymətlərinin artacağı deyilir və qeyd olunur ki, təkliflər verilib. Borcu olan insanlar qiymət artımından sonra hansı vəziyyətə düşəcəklər?! Bu, sosial durumun ağırlaşmasına səbəb olacaq. Şərait yaratmaq lazımdır ki, insanlar sıxıntılı vəziyyətdən çıxsınlar”.
Deputat Vahid Əhmədov da problemlərdən danışıb.
"Devalvasiyadan sonra insanlar və banklar arasında problemlər qalaqlanır. Banklarda yaranmış problemlə bağlı təklif etdim ki, bank sistemini İqtisadi siyasət komitəsinə və ya Milli Məclisin plenar iclasına dəvət edib, müzakirə etmək lazımdır.
Bununla bağlı rəhbərlik tərəfindən cavab verilməyib. Həmkarım Əli Məsimli ilə birlikdə xüsusi təklif paketi hazırlayaraq Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədrinə və spiker Oqtay Əsədova vermişik.
Vaxtı gözləyirik, 1 ay vaxt keçsin, təkliflərə hansı nəticələrə gəlinməsi barədə həmin qurumlardan cavab gözləyirik. Bank sistemində yaranmış ağır vəziyyətlə əlaqədar bank rəhbərlərini Milli Məclisə dəvət etmək lazımdır. Çünki hal-hazırda bank sistemi dayanıb, hüquqi və fiziki şəxslərə kredit verilmir, likvidlik və kredit portfeli məsələsi həll olunmayıb. Banklar faktiki olaraq iflic vəziyyətindədir”.
Deputat Araz Əlizadə isə qeyd edib ki, burada təkliflər səsləndirilsə də, onlar reallaşmır və elə zalda da qalır: "Bankların gününə ağlamaq lazımdır deyilir, bəs insanların gününə kim ağlayacaq”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Vahid Əhmədova müraciət edərək bildirib ki, onların təklifi yaxın zamanlarda müzakirə ediləcək.
Dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər