Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Şaraa Əsədi geri almaq istəyir
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 31-05-2016 13:19 | Bölmə: İqtisadiyyat

Bu il yanvar ayının 1-nə kimi beynəlxalq və digər maliyyə-kredit təşkilatları ilə 10.3 milyard ABŞ dolları məbləğində kredit sazişləri imzalanıb. Bu sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycanın xarici dövlət borcu 6.9 milyard ABŞ dolları olub. İmzalanmış sazişlər üzrə xarici dövlət borcu Ümumi Daxili Məhsulun (ÜDM-in) 28.5, istifadə edilmiş kreditlərə görə isə 19.8 faizini təşkil edib. Hazırda imzalanmış sazişlər üzrə xarici dövlət borcunun miqdarı adambaşına ilk dəfə 1000 dolları aşaraq 1030 dollar təşkil edir.
Reyting.az Azadlıg.org-a istinadən xəbər verir ki, tanınmış iqtisadçı Qubad İbadoğlu 2014-cü illə müqayisədə ötən il xarici dövlət borcunun 273.1 milyon ABŞ dolları artdığını bildirib:
«Eyni zamanda ÜDM-in xarici valyutada nominal dəyərinin azalması xarici dövlət borcunun ÜDM-də xüsusi çəkisini kəskin şəkildə artıraraq, onun 1/5-nə çatdırıb. Nəzər alsaq ki, bu il iqtisadiyyatda tənəzzülə görə ÜDM azalır, xarici dövlət borcları isə sürətlə artır, o halda ilin sonuna imzalanmış kreditlərə görə xarici dövlət borcları ÜDM-in 1/3-dən, istifadə edilmiş kreditlərə görə isə 1/4-dən çox olacaq».
Ekspert əlavə edib ki, imzalanmış müqavilələrə görə, xarici dövlət borcunun 58.6 faizi və ya 6 milyard dolları 10 ilə ödənilməlidir. Beləliklə də, götürülmüş öhdəliklər üzrə dövlətin borcunun əsas hissəsi 2025-ci ilədək qaytarılmaldır. Bu isə ildə orta hesabla 600 milyon dollar vəsaitin bu məqsədlər üçün istifadə ediləcəyini deməyə əsas verir: "2016-cı il yanvarın 1-nə Azərbaycan banklarının xarici öhdəlikləri 5.5 milyard dollar, Azərbaycan Dövlət Neft Şirkətinin konsolidə edilmiş borcu isə 6.3 mlrd. dollar təşkil edib».
Q.İbadoğlu deyib ki, Azərbaycan hökuməti əlavə borc götürməkdən ötrü hazırda Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə intensiv danışıqlar aparır: «Eyni zamanda Azərbaycan və Asiya İnkişaf Bankı arasında ölkənin enerji sisteminin yenidən qurulması üçün 1 milyard dollarlıq investisiya proqramı üzrə anlaşma memorandumu imzalanıb. Göründüyü kimi, bir vaxtlar xarici dövlət borclarının ÜDM-də xüsusi çəkisinə görə MDB məkanında ən yaxşı mövqedə dayanan Azərbaycan bu üstünlüyünü də itirməkdədir».
İqtisadçının fikrincə, hazırda bu istiqamətdə yaranan narahatlıq yalnız borcların ümumi məbləğinin artması deyil. Narahatlıq həm də dövlət zəmanətli borcların səmərəsiz istifadəsinə görədir. Onun qaytarılması isə son nəticədə dövlət büdcəsinin üzərinə düşəcək:
"Bu da, onsuz da gərgin durumda olan dövlət büdcəsinin maliyyələşdirmə imkanlarını daha da məhdudlaşdırır».
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər