08:15 / 20-11-2025
Kit Kelloq vəzifədən gedir
Rumıniya Azərbaycandan neft alışını artırıb
Tarix: 20-11-2025 10:59 | Bölmə: İqtisadiyyat
Rumıniya Azərbaycandan neft alışını artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Rumıniyaya 869 min 568,72 ton xam neft ixrac edib.

Dövlət Gömrük Komitəsindən bildiriblər ki, bu miqdarda məhsulun dəyəri 475 milyon 935,69 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin ilk 10 ayı ilə müqayisədə 48,5 faiz, dəyəri isə 35,7 faiz çoxdur.

Rumıniyaya ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 4,19 faiz olub.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan ümumi dəyəri 10 milyard 849 milyon 719,29 min ABŞ dolları olan 20 milyon 754 min 593,06 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 40 milyard 862 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 21 milyard 637 milyon ABŞ dolları ixracın, 19 milyard 225 milyon ABŞ dolları isə idxalın payına düşüb.




Bölməyə aid digər xəbərlər