10:50 / 01-02-2026
İranda zəlzələ baş verib
Aqrar Sığorta Fondunda 712 minlik şübhəli sığorta əməliyyat aparılıb
Tarix: 29-11-2025 21:53 | Bölmə: İqtisadiyyat
Aqrar Sığorta Fondunda 712 minlik şübhəli sığorta əməliyyat aparılıb

Aqrar Sığorta Fondunun açıqlamasına görə, guya mart ayında Nabran tərəfdə nektarin bağını "şaxta vurub”, iki mərhələli ekspertiza aparılıb və nəticədə rekord məbləğdə ödəniş ayrılıb.

Reyting.az
7NEWS.az-a istinadla xəbər verir ki, Xaçmazda bir fermerə 712 min manat sığorta ödənişi verilibmiş…

Amma adamın ağlına bir sual yox, iki sual gəlir:

Birincisi: Necə olur ki, elə bil ölkədə yalnız bir bağ şaxtaya düşüb? O ətrafda yüzlərlə bağ var - nə üçün onların heç biri "vurulmayıb”?

İkincisi: Xaçmazda bu il elə sərt şaxta nə vaxt olub ki, nə rayonun, nə fermerlərin, nə də fermer qruplarının xəbəri var?

Bizə "şaxta vurub” deyirlər, amma soyuq sanki hava ilə yox, izahla bağlıdır. Ölkədə şəffaflıq olmayan yerdə hər havanın adı şaxta, hər izahatın adı ekspertiza olur.




Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb