10:50 / 01-02-2026
İranda zəlzələ baş verib
Vəzifəli şəxslər cərimələnib
Tarix: 01-12-2025 11:54 | Bölmə: İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankı (AMB) "Nova Credit" və "İDK" MMC-lər, eləcə də "Azərbaycan Mikro-Kredit" ASC bank olmayan kredit təşkilatlarının (BOKT) vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib.

Reyting.az xəbər verir ki, aparılan cari nəzarət prosesləri çərçivəsində "Bank olmayan kredit təşkilatları haqqında" qanununun 22.1-ci maddəsinin, "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası"nın 3.3-cü bəndinin tələblərinin pozulması halları aşkarlanıb. Nəticədə, İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, BOKT-ların vəzifəli şəxsləri müvafiq olaraq 4 min manat, 2 min manat və 10 min manat cərimələnib.





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb