10:50 / 01-02-2026
İranda zəlzələ baş verib
Günəş-termin stansiyası bağlanır
Tarix: 05-12-2025 09:58 | Bölmə: İqtisadiyyat

Günəş-termin stansiyası bağlanır

ABŞ ərazisində - Moxave adlanan səhrada yerləşən Ayvonpa günəş-termin stansiyası 10 ildən sonra bağlanır.

Reyting.az xəbər verir ki, bunun səbəb kimi 2,2 milyard dollarlıq layihənin texnologiyaya, eyni zamanda bazar dəyişikliklərinə tab gətirə bilmədiyi göstərilir.

Qərarın mahiyyətini izah etməyə çalışan yerli mütəxəssislərin sözlərinə görə, günəş panelləri 80 faiz ucuzlaşıb, həm də qaz artıq rekord səviyyədə əlçatan olub. Yüksək xidmət xərcləri, cüzi enerji istehsalı, üstəlik, qazdan asılılıq tamamilə bu stansiyanın rəqabət qabiliyyətini zəiflədib.

Məlumata görə, Kaliforniyanın batareyalar ilə işləyən panellər modelinə üstünlük verməsi və enerji satış müqavilələrinin bitməsi də bağlanmanı qaçılmaz edib.

Lakin mütəxəssislər nikbindirlər. Onların fikrincə, Ayvonpa günəş-termin stansiyası mühüm mühəndislik təcrübəsi qazandırıb və gələcək layihələrdə də istifadə olunacaq.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb