10:50 / 01-02-2026
İranda zəlzələ baş verib
Bakıda şadlıq evində insanlara yararsız ət verilirmiş - Biznesmen AQTA-nı ittiham edir - (Yenilənib) - Fotolar
Tarix: 18-12-2025 12:55 | Bölmə: İqtisadiyyat

Bakıda şadlıq evində insanlara yararsız ət verilirmiş - Biznesmen AQTA-nı ittiham edir - (Yenilənib)

Bakının Xətai rayonunda, R.Bağırov küçəsi, ev 58 ünvanında yerləşən, fiziki şəxs Firdovsi Mülkü oğlu Quliyevə məxsus "Ramin Nur" şadlıq sarayında yoxlama keçirilib.

Reyting.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, baxış zamanı istehlakçı hüquqlarının və sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub.

"Belə ki, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Camış ətinin istehlaka dana əti adı ilə təqdim edildiyi aşkarlanıb. Həmin camış ətləri müvafiq baytarlıq sənədi və idxal sağlamlıq aktı ilə müşayiət edilib. Qeyd olunan hal qida təhlükəsizliyi riski yaratmasa da, istehlakçıların aldadılaraq onların hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur.

Bundan başqa, şadlıq evində tərkibi ilə etiket məlumatları uyğunsuzluq təşkil edən alkoqolsuz içkilərin təqdim edildiyi məlum olub. Qida məhsullarının saxlanması ilə bağlı tələblərin pozulduğu, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, mətbəxdə istehlaka hazır qidalardan, donmuş ət məhsullarından və meyvə şirəsindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib, icrası məcburi göstərişlər verilib", - məlumatda qeyd olunub.

***

"Körpü-Bina-Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşov sahibi olduğu "Ramin-Nur" şadlıq sarayında camış ətinin dana əti adı ilə təqdim olunaraq istehlakçıların aldadılması məlumatına reaksiya verib.

Reyting.az xəbər verir ki, iş adamı Qaynarinfo-ya açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumatdan narazı qaldığını deyib: "Bəli, "Ramin-Nur" şadlıq sarayı mənimdir. Amma şadlıq saraylarını işlətməyə vaxtım yoxdur. Sözügedən obyekti icarəyə vermişik (fiziki şəxs Quliyev Firdovsi Mülkü oğlu). Şadlıq sarayında Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yoxlama aparıb. Yoxlamanın rəsmi nəticələri dekabr ayının 20-də bəlli olacaq. Amma AQTA-nın götürülən ət nümünələrinin müayinəsinin rəsmi cavabı çıxmadan açıqlama verməsini başa düşə bilmirəm".

Xəlil Göyüşov AQTA-nın tələm-tələsik açıqlama verməsini qərəzli hesab edir: "Birincisi, araşdırmanın nəticələri tam yekunlaşmamış bu cür açıqlama yaymaq düzgün deyil. AQTA-nın əməkdaşları ətdən nümunə götürüb, 20 dekabrda nəticələr çıxacaq. Əgər həqiqətən ət camış əti idisə, bunu elə həmin gün açıqlayardılar".

İş adamı araşdırmanın nəticəsindən aslı olaraq sözügedən icarədarı ilə müqaviləyə xitam verə biləcəyini deyib.






Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb