10:50 / 01-02-2026
İranda zəlzələ baş verib
BP-nin Baş icraçı direktoru dəyişir
Tarix: 18-12-2025 10:20 | Bölmə: İqtisadiyyat

BP-nin Baş icraçı direktoru dəyişir

Gələn il aprelin 1-dən Böyük Britaniyanın BP şirkətinin Baş icraçı direktoru (CEO) hazırda "Avstraliya Woodside Energy"yə rəhbərlik edən Meq O`Nil (Meg O"Neill) olacaq.

BP xəbər verir ki, Myurrey Okinkloss bu gündən CEO və şirkətin direktorlar şurasının sədri vəzifəsini tərk etmək qərarına gəlib.

O`Nil vəzifəyə başlayana qədər CEO vəzifəsini müvəqqəti olaraq "Supply, Trading & Shipping" istiqamətinə rəhbərlik edən BP-nin vitse-prezidenti Kerol Houl icra edəcək.

M.Okinkloss öz növbəsində "sərbəst keçid dövrünü təmin etmək üçün" 2026-cı ilin dekabrına qədər BP-də məsləhətçi kimi qalacaq.

55 yaşlı O`Nil 2021-ci ildən "Woodside Energy"yə rəhbərlik edir(report).





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb