10:50 / 01-02-2026
İranda zəlzələ baş verib
Avropa ilə Afrikanı sualtı meqatunel birləşdirəcək
Tarix: 18-12-2025 12:43 | Bölmə: İqtisadiyyat

Avropa ilə Afrikanı sualtı meqatunel birləşdirəcək

Avropadan Afrikaya birbaşa quru yolu ideyası çoxdan irəli sürülsə də, indiyə qədər həllolunmaz görünən mühəndislik çətinlikləri buna mane olur. Lakin indi alimlər müasir texnologiya ilə Mərakeşi İspaniya ilə birləşdirən Cəbəllütariq boğazının altından tunel tikməyin mümkün olduğunu söyləyirlər.

Reyting.az “The Olive Press”ə istinadla bildirir ki, İspaniya hökumətinin sifarişi ilə almaniyalı mütəxəssislərin apardığı bir araşdırma, boğazın altından mövcud texnologiya ilə dəmir yolu tunelinin inşasının mümkünlüyü təsdiqlənib.

İspaniya hakimiyyəti mütəxəssislərə gələn ilin sonuna qədər layihə planı hazırlamağı tapşırıb ki, hökumət onu 2027-ci ildə təsdiqləyə bilsin.

Məlumata görə, Afrikaya tunel tikmək ideyası İspaniyada 1970-ci illərdən müzakirə olunur. Bu məsələ seçki kampaniyaları zamanı İspaniya siyasətçiləri tərəfindən vaxtaşırı qaldırılıb və hətta hökumət proqramlarına daxil edilib, lakin indiyə qədər heç bir konkret addım atılmayıb.

14 kilometrlik tunel, İngiltərəni Fransa ilə La-Manş boğazı altında birləşdirən Avrotunel dizaynını təkrarlamaq üçün planlaşdırılır. Plana görə, hər bir xətt yalnız bir istiqamətdə işləyən ikiqat tunel olacaq.

Tunelin giriş və çıxış nöqtələri Kadis əyalətinin Punta Paloma və Tanjer yaxınlığındakı Malabata burnunda olacaq. Beləliklə, tunel boğazın ən dar hissəsindən deyil, onun qərbindən keçəcək.

Tunelin ümumi uzunluğu təxminən 42 kilometr olacaq ki, bunun da təxminən 28 kilometri su altında qalacaq. Tunelin maksimum dərinliyi isə Avrotuneldən daha dərin olan 470 metri keçəcək.

Layihə təsdiqlənərsə, yerdə hazırlıq işlərinə 2030-cu ildə başlana bilər. Əsas tikinti mərhələsi isə 2035-2040-cı illər arasında gözlənilir, baxmayaraq ki, bu tarixlər ilkindir.

Layihənin təxmini dəyəri ən azı 15 milyard avrodur, bunun 8,5-9 milyard avrosu İspaniya, qalan hissəsi isə Mərakeş tərəfindən maliyyələşdiriləcək.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb