Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 18-12-2025 13:17 | Bölmə: İqtisadiyyat

Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin dekabrın 16-sı keçirilən birgə iclasında “Tütün və tütün məmulatı haqqında” Qanuna təklif olunan dəyişiklik qəbul edilərsə, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan ediləcək.
Məlumata görə, sözügedən iclasdan sonra Azərbaycanda fəaliyyət göstərən bir sıra sahibkarlar toplaşaraq bu dəyişikliyi müzakirə edib.
Qadağan edilməsi düşünülən məmulatları ölkəyə gətirən iş adamları qeyd edib ki, qanun qəbul edilərsə, onların artıq idxal edib ölkəyə gətirdikləri külli miqdarda məhsul əllərində qalacaq. Eyni zamanda hələ sifariş etdikləri məhsulu yolda olan sahibkarlar da az deyil.
Bunun üçün də həmin sahibkarlar bəyanat yayaraq aidiyyəti orqan və qurumları qanun layihəsinin müzakirəsi və qəbulu zamanı loyal qərar verməyə səsləyib.
Sahibkarlığın təşviqini həyata keçirməli və onların maraqlarını qorumalı olan Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin müzakirə etdiyi “Tütün və tütün məmulatı haqqında” Qanuna dəyişiklik təklif olunan şəkildə qəbul olunarsa, bu sahədə çalışan sahibkarların mağazalarına qoyduğu sərmayənin batması, satışa hazırlıq üçün bağlanılan müqavilələrin öhdəlikləri, banklar qarşısında götürülmüş kredit məsuliyyəti ciddi şəkildə problemlə qarşı-qarşıya qalacaq. Belə olduğu halda, sözügedən sahədə fəaliyyət göstərən sahibkarın müflis olması da müzakirə mövzusu olmalıdır.
Eyni zamanda, hazırda elektron siqaret və “vape” məhsullarının idxalı, satışı ilə məşğul olan şirkətlər bunu qanun çərçivəsində, dövlət qurumlarının nəzarəti altında həyata keçirirlər. Bu mallar qadağan olunarsa, həmin məhsulların ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsi problemi də yaranır. Hansı ki bu zaman onun keyfiyyətinə heç kim zəmanət verə bilməyəcək. Paralel olaraq da, dövlət hər il bu sahədən gələn milyonlarla manat vergidən və bir neçə min iş yerindən məhrum olacaq. Araşdırmaya görə, hazırda bu sahədə fəaliyyət göstərən şirkətlərin 2 mindən çox işçisi var ki, elektron siqaret və bu kimi məhsulların qadağan olunması onların işsiz qalmasına səbəb olacaq.
Mal qalığının sıfırlanması və müəyyən planlamaların aparılması üçün bu halların nəzərə alınması çox vacibdir. Bu sahədə fəaliyyət göstərən şəxslərin başqa sahibkarlıq sahələrinə keçid üçün şəraitin yaradılması da zəruri haldır.
Digər vacib məsələ ondan ibarətdir ki, elektron siqaretlərin qadağan edilməsi təklif edilsə də, tütün qızdırıcıları fərqləndirilmiş və ona icazə verilməsi nəzərdə tutulur. Bu, ayrıseçkilik olmaqla yanaşı, qanuna düzəlişə kimlərin maraqlarının olduğuna işıq salır.
Bütün bu mənfi halların qarşısını almaq üçün sahibkarlara bu günə qədər qüvvədə olan qanunvericiliyə uyğun idxal etdikləri, gömrük rüsumları, aksiz vergiləri və digər məcburi ödənişlər tam şəkildə ödədikləri malların tam satışına imkan verilməlidir. İstənilən keçid prosesi mərhələli olduğu kimi, burada da eyni üsula üstünlük verilməlidir. Bu zaman Avropada, qonşu ölkələrdə keçid prosesinin tənzimlənməsi mexanizmlərinə üstünlük verilməsi dövlətin və cəmiyyətin maraqlarına uyğun olar.
Sahibkarların vergi və gömrük öhdəlikləri nəzərə alınaraq kompensasiya və ya yumşaldıcı mexanizmlər tətbiq edilə bilər. Ən əsası bunlar dövlət qurumları və sahibkarlar arasında dialoq mühitində həyata keçirilməlidir.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər