10:50 / 01-02-2026
İranda zəlzələ baş verib
Dövlətə məxsus daha 50 maşın özəlləşdirilib
Tarix: 19-12-2025 18:11 | Bölmə: İqtisadiyyat

Dövlətə məxsus daha 50 maşın özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 50 nəqliyyat vasitəsi satılıb.

Reyting.az xəbər verir ki, hərraclara çıxarılan əmlaklara ümumilikdə 78 sifariş qəbul edilib. Bunlardan 13-ü onlayn qaydada həyata keçirilib.

Rəqabətli keçən hərracda start qiyməti 3 300 manat olan "Hyundai H-1" markalı mikroavtobus 10 533 manata, 9 700 manat olan "Hyundai County" markalı avtobus isə 16 000 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Növbəti hərrac dekabrın 23-də keçiriləcək.

Hərraclarda iştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" internet saytlarından seçim edə bilərlər.





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb