Azərbaycana gətirilən avtomobillərin sayı azalıb
Tarix: 21-01-2016 17:13 | Bölmə: İqtisadiyyat


Gürcüstandan Azərbaycana gətirilən avtomobillərin sayı 80 faiz azalıb.

Reyting.az fins.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Statistika Komitəsinin 2015-ci il üçün açıqladığı hesabatda bildirilib.

Belə ki, ötən il Gürcüstandan Azərbaycana 63 567,3 min dollar dəyərində 3 455 ədəd minik avtomobili ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 098 ədəd avtomobil və ya 80,3 faiz azdır.

Qeyd edək ki, 2014-cü ildə Gürcüstandan Azərbaycana 267 957,9 min dollar dəyərində 17 553 ədəd avtomobil gətirilib.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}