Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Şaraa Əsədi geri almaq istəyir
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 15-08-2016 15:58 | Bölmə: İqtisadiyyat
"ATS” Turizm Şirkəti müştərilərinə maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyini görə özünü müflis elan edib.
Reyting.az xəbər verir ki, bu barədə fins.az-a adıçəkilən şirkətdən məlumat verilib. Məlumata görə, Azərbaycanda dolların bahalaşması və Türkiyədəki qeyri-stabil vəziyyət turizm məhsullarına tələbi xeyli azaldıb.
"Təəssüf ki, yüksək risk və istehsal xərcləri şirkətə böyük ziyan vurdu. "ATS” şirkəti artıq tur-agentliklər və turistlər qarşısında öz maliyyə öhdəliklərini yerinə yetirə bilmir”.
"ATS” 2016-cı il avqustun 15-dək bütün bron edilən paketlər və ödənişləri ləğv edib. Artıq hotellər şirkətin müştərilərini qəbul etməyəcək. Buna görə şirkət müştərilərinə müraciət edərək yerlərini təkrar bron etməyi xahiş edib.
"Monteneqroya çarter reysləri də ləvğ olunur. İndi hotellərdə qalan turistləri bron edilən tarixlərində "Türk Hava Yolları” reysləri ilə Poqqortsa-İstanbul-Bakı marşrutu ilə qayıda biləcəklər”.
Şirkətdən qarşıdakı aylar üçün bron alan müştərilərin ödədikləri məbləğləri sentyabrın 5-dən qaytarmağa başlayacaq.
Şirkətə hüquqi xidmət göstərən hüquqşünas Dəyanət Mikayılov fins.az-ın sorğusuna cavab olaraq bildirib ki, indi "ATS”-ın müştərilərə və 40-a yaxın firmaya ümumilikdə 160 min manata yaxın borcu yığılıb:
"Onlardan bəziləri məhkəməyə müraciət etməyə hazırlaşır. Bir qism müştəri ilə artıq danışıqlar aparmışıq və borcun qaytarılması ilə bağlı razılıq əldə olunub. Şirkət 2 ay müddətində bütün borclarını ödəmək barədə öhdəlik götürüb”.
Qeyd edək ki, müştərilərinə və əməkdaşılıq etdikləri şirkətlərə qarşı məsuliyyətsizlik edən turizm şirkətlərinin sayı indi 7-ə çatıb. Lakin onların adları hələlik açıqlanmır.
Beynəlxalq təcrübədə turzim şirkətlərinin müflis olduğu halda onların idarə olunması müvafiq fondlara həval olunur. Məsələn, qonşu Rusiyada Turizm Fondu adlanan qurum yaradılıb. Bu, bir növ, turizm şirkətlərinin sığortaçısı rolunu oynayır.
Yəni, şirkətlər hər il həmin fonda müəyyən ödənişlər edirlər. Hər hansı səbəbdən şirkət müflis olduqda Fondun vəsaitləri hesabına həmin şirkətin borcları ödənilir. Sonra müflis olan şirkət Fondun borclarını hissə-hissə ödəyir.
Lakin hələlik Azərbaycana belə bir təcrübə olmadığından müştərilər birbaşa şirkətlə danışaraq borcunu tələb edir.
Mütəxəssislər hesab edirlər ki, ölkəmizdə də belə fondun təşkilinə ehtiyac yaranıb. Çünki hər il müştərilərinə qarşı məsuliyyətsizlik edən turizm şirkətləri aşkar edilir.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər