20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
7 yeni müəssisə istismara veriləcək
Tarix: 16-12-2019 00:13 | Bölmə: İqtisadiyyat
7 yeni müəssisə istismara veriləcək

2019-cu ilin əvvəlində Azərbaycan Dövlət Neft Şirkətinin SOCAR Karbamid zavodunun və SOCAR Polymer zavodunun açılışı Azərbaycanda kimyəvi məhsulların istehsalını əhəmiyyətli dərəcədə artırmağa imkan verib.

SOCAR-ın məlumata görə, bu addımlar ixracın 3,6 qat artımını təmin edib. 2020-ci ildə bu tendensiyanın daha da güclənməsi proqnozlaşdırılır.

Bundan əlavə, gələn il Sumqayıt Kimya Sənaye Parkının daha 7 yeni müəssisəsinin istismara verilməsi planlaşdırılır ki, bu da istehsalın və ixracın artım göstəricilərinə təsir edəcək.

Qeyd edək ki, 2019-cu ildə Sumqayıt Sənaye Parkının inkişafına 600 milyon manat investisiya qoyulub.(Trend)

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər