Azərbaycan Cənubi Qafqaz kəməri ilə qazın ixracını artırıb
Tarix: 18-12-2019 10:39 | Bölmə: İqtisadiyyat
Azərbaycan Cənubi Qafqaz kəməri ilə qazın ixracını artırıb

Azərbaycan bu ilin yanvar-noyabr aylarında Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsi ilə 9,4 mlrd. kubmetrə yaxın qaz nəql edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,4 faiz çoxdur.

Reyting.az
-ın Dövlət Statistika Komitəsinə istinadla verdiyi məlumata görə, ötən dövr ərzində ölkənin magistral qaz kəmərləri ilə 24,53 mlrd. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 17,3 faiz artım qeydə alınıb.

Komitənin məlumatında bildirilir ki, magistral qaz kəmərləri ilə nəql edilən qazın 38,2 faizi Bakı-Tbilisi-Ərzurum boru kəmərinin payına düşüb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}