20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Dövlət büdcəsinə 415 mln. manat artıq vəsait daxil edilib
Tarix: 27-12-2019 15:33 | Bölmə: İqtisadiyyat
Dövlət büdcəsinə 415 mln. manat artıq vəsait daxil edilib

Bu ilin yanvar-noyabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə proqnozdan 415 mln. manat artıq vəsait daxil edilib.

Reyting.az
-ın məlumatına görə, bu barədə Vergilər nazirinin müavini Sahib Ələkbərov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Sahib Ələkbərov bildirib ki, bu il 103 mindən çox vergi ödəyicisi qeydiyyata alınıb. Ümumilikdə, vergi ödəyicilərinin sayı 1,055 mln. nəfər təşkil edib.

Onun sözlərinə görə, son 4 ayda kənd təsərrüfatı sahəsində uçota alınma ilə bağlı xeyli irəliləyiş olub: "Bu müddətdə 75 minə yaxın vergi uçotunun qeydiyyata alınması öz həllini tapıb. Bu da nəticə etibarilə vergi daxilolmalarının artmasına öz təsirini göstərəcək".(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər