Elman Rüstəmov: "Manatın sabitliyi AMB-nin diqqət mərkəzində olacaq"
Tarix: 10-01-2020 17:49 | Bölmə: İqtisadiyyat
Elman Rüstəmov: "Manatın sabitliyi AMB-nin diqqət mərkəzində olacaq"

"Cari ildə də manatın sabitliyi, onun tənzimlənməsi Azərbaycan Mərkəzi Bankının (AMB) diqqət mərkəzində olacaq".

Bunu AMB-nin sədri Elman Rüstəmov sahibkarlarla görüşü zamanı deyib.

"2020-ci ildə sabitlik olacaq. Makroiqtisadi sabitliyi qorumaq əsas vəzifələrimizdəndir. İnflyasiya hədəfi dəyişmir. Biz çalışacağıq, inflyasiyanı 4% ətrafında lövbərləşdirə bilək. Bildirək ki, bu, son 3 ilin inflyasiya səviyyəsidir. Bu da əhalinin real gəlirlərinin artmasına imkan verəcək", - deyə E. Rüstəmov qeyd edib/APA.




Bölməyə aid digər xəbərlər
17-04-2025, 15:03 ARDNF-in aktivləri artıb
8-04-2025, 11:53 Çin ABŞ-a meydan oxuyur