20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
İşdən qanunsuz azad edilmiş 88 işçi öz işlərinə bərpa olunub
Tarix: 14-01-2020 12:00 | Bölmə: İqtisadiyyat
İşdən qanunsuz azad edilmiş 88 işçi öz işlərinə bərpa olunub

Dövlət Əmək Müfəttişliyi Xidməti ötən il işdən qeyri-qanuni şəkildə azad edilmiş 88 işçini öz işlərinə bərpa etdirib.

Reyting.az
Xidmətə istainadla bildirir ki, 2019-cu ildə vətəndaş müraciətlərini araşdırarkən 88 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Müraciətlərin araşdırılması zamanı Xidmət həmçinin işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlərdən ibarət 178,7 min manat məbləğində vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib. Bununla əlaqədar görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub. Ödənilən vəsaitin 95,4 faizi əməkhaqlarından,qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər