16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İtaliyada qiyməti 1 avro olan evlər satışa çıxarılıb
Tarix: 21-01-2020 11:05 | Bölmə: İqtisadiyyat
İtaliyada qiyməti 1 avro olan evlər satışa çıxarılıb

İtaliyanın Kampaniya bölgəsinə yaxın Bizaçça kommunasında 90 tarixi ev 1 avrodan satışa çıxarılıb.

“CNN Travel” xəbər verir ki, bu addım insanları Bizaçça kommunasında yaşamağa həvəsləndirmək üçün atılıb.

Satışa çıxarılan evlər yaşayış üçün hazır vəziyyətdə deyil. Ona görə də tələblərdən biri evin yeni sahibi tərəfindən təmir edilməsidir.

Xatırladaq ki, 1 avroluq evlər daha öncə Sicilyanın Mussomelli kommunasında satışa çıxarılmışdı. Şəhər rəhbərliyi 500-dən çox tikilini satışa çıxarmışdı. Onların 100-ü artıq satılıb.

Report




Bölməyə aid digər xəbərlər
Dünən, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}