SOCAR və "LukOİL" Anlaşma Memorandumu imzalayıb
Tarix: 23-01-2020 10:33 | Bölmə: İqtisadiyyat
SOCAR və "LukOİL" Anlaşma Memorandumu imzalayıb

SOCAR və Rusiyanın “LukOİL” şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Naxçıvan” perspektiv strukturu, habelə dənizin dayazsulu hissəsində “Xəzəryanı-Quba” və “Qoşadaş” perspektiv strukturlarını əhatə edən kəşfiyyat blokuna dair Anlaşma Memorandumu imzalanıb.

Anlaşma Memorandumunu İsveçrənin Davos şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “LukOİL” şirkətinin prezidenti Vahid Ələkbərov imzalayıblar.

Qeyd edək ki, “Naxçıvan” perspektiv strukturu Xəzər dənizinin Azərbaycan sektorunun dərin hissəsində, Abşeron yarımadasından 90 km cənubda yerləşir. Strukturun yerləşdiyi rayonda dənizin dərinliyi 120 metrdən 750 metrə qədər dəyişir. Struktur seysmik kəşfiyyat işləri nəticəsində 1960-cı ildə aşkar edilib.

“Qoşadaş” strukturu Xəzər dənizinin Azərbaycan sektorunda, Sumqayıt şəhərindən 20 km şimal-şərqdə yerləşir. 1951-ci ildən etibarən sahədə seysmik kəşfiyyat işləri aparılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}