20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Dövlət Neft Fondu investisiya portfelinin tərkibində dəyişikliklər edib
Tarix: 23-01-2020 16:24 | Bölmə: İqtisadiyyat
Dövlət Neft Fondu investisiya portfelinin tərkibində dəyişikliklər edib

İlk dəfə olaraq Dövlət Neft Fondunun investisiya siyasəti layihəsində valyuta vəsaiti portfelinin valyutalar üzrə tərkibində dəyişikliklər nəzərdə tutulub.

Bu barədə “APA-Economics” Dövlət Neft Fondunun 2020-ci ilin büdcə layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyinə istinadən xəbər verir.

Fondun valyuta vəsaitinin məcmu dəyərinin 55-70%-i (2019-cu ildə 50%) ABŞ dollarında ifadə olunan aktivlərə, 15-30%-i (2019-cu ildə 35%) avroda olan aktivlərə, 5%-ə qədəri İngiltərə funt sterlinqində (2019-cu ildə eyni) olan aktivlərə, qalan 10%-ə qədəri isə digər valyutalarda (cari ildə eyni) ifadə olunan aktivlərə yerləşdirilməsi nəzərdə tutulub.


"2020-ci il üçün Neft Fondunun investisiya portfelində ABŞ dollarında ifadə olunan aktivlərin çəkisi 55-70%, Avroda 15-30%, İngilis funt sterlinqində 5%, digər valyutalarda isə 10% səviyyəsində olması proqnozlaşdırılır.

Eyni zamanda investisiya altportfeli daxilində olan borc öhdəlikləri və pul bazarları alətlərinin aşağı uzaqlaşma intervalının maksimum 2%-i olmaqla məcmu dəyərin 65%-i (2019-cu ildə aşağı uzaqlaşma intervalı maksimum 5% olmaqla məcmu dəyərin 55%-i) nəzərdə tutulub", - deyə rəydə qeyd olunub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər