Azərbaycana dənli və paxlalı bitkilərin ixracı artıb
Tarix: 23-01-2020 21:11 | Bölmə: İqtisadiyyat
Azərbaycana dənli və paxlalı bitkilərin ixracı artıb

2019-cu ildə Türkiyədən Azərbaycana dənli və paxlalı bitkilərin ixracı 2018-ci illə müqayisədə 8,95 faiz artaraq 84,767 milyon dollar olub.

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən, 2019-cu ilin dekabrında Türkiyədən Azərbaycana dənli və paxlalı bitki ixracı 2018-ci ilin dekabrı ilə müqayisədə 17,16 faiz artaraq 7,583 milyon dollara bərabər olub.

Ümumilikdə 2019-cu ildə Türkiyənin dənli və paxlalı bitki ixracı 2018-ci illə müqayisədə 1,64 faiz artıb və 6,788 milyard dollar təşkil edib.

2019-cu ilin dekabrında Türkiyənin dənli və paxlalı bitki ixracı 2018-ci ilin dekabrı ilə müqayisədə 5,95 faiz artaraq 628,844 milyon dollara bərabər olub.(Trend)




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}