Ötən il Azərbaycanda neft email artıb
Tarix: 25-01-2020 12:25 | Bölmə: İqtisadiyyat
Ötən il Azərbaycanda neft email artıb

2019-cu il ərzində Azərbaycanda 6,192 mln. ton neft emal edilib.

Energetika Nazirliyinin 2019-cu il üzrə görülmüş işlərə dair hesabatında qeyd edilib ki, neftin emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 104 min ton çox olub.

Qeyd edək ki, neft SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda emal olunur. Bu zavod regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}