20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
BMT Azərbaycanda inflyasiya üzrə proqnozunu açıqlayıb
Tarix: 28-01-2020 16:16 | Bölmə: İqtisadiyyat
BMT Azərbaycanda inflyasiya üzrə proqnozunu açıqlayıb

Bu il Azərbaycanda istehlak qiymətlərinin indeksinin 2019-cu ilə nisbətən 2,8 faiz artacağı gözlənilir.

Reyting.az
-ın məlumatına görə, BMT-nin yeni proqnozunda bildirilir ki, 2020-ci ildə Azərbaycanda inflyasiya səviyyəsi 2,8 faiz, gələn il isə 3 faiz olacağı gözlənilir.

BMT-nin proqnozuna görə, MDB ölkələri arasında ən yüksək inflyasiya səviyyəsi Özbəkistan və Türkmənistanda gözlənilir. 2020-ci ildə bu ölkələrdə istehlak qiymətləri indeksinin müvafiq olaraq 10,1 faiz və 8 faiz gələn il isə müvafiq olaraq 8,9 faiz və 6 faiz artacağı proqnozlaşdırılır.

Ən aşağı inflyasiya isə Qırğızıstanda gözlənilir. BMT-nin proqnozlarına görə, sözügedən ölkədə inflyasiya bu il 1,5 faiz, 2021-ci ildə isə 2 faiz təşkil edəcək.

Ümumilikdə, MDB ölkələrinin orta inflyasiya səviyyəsinin 2020-ci və 2021-ci illərdə müvafiq olaraq 4,4 faiz və 4,1 faiz təşkil edəcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan hökumətin rəsmi proqnozlarına əsasən, 2020-ci ildə inflyasiya 4,6 faiz olacaq və ölkədə pul siyasətinin son hədəfi inflyasiyanın 4±2 faiz dəhlizində saxlanılması təşkil edəcək.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər