Mikayıl Cabbarov: "Azərbaycanın strateji valyuta ehtiyatları ÜDM-in həcminin 90%-dən çoxdur"
Tarix: 11-02-2020 17:12 | Bölmə: İqtisadiyyat
Mikayıl Cabbarov: "Azərbaycanın strateji valyuta ehtiyatları ÜDM-in həcminin 90%-dən çoxdur"

"Ötən il Azərbaycanda iqtisadi artım tempi 2,2%, qeyri-neft sektorunda artım tempi isə 2 dəfəyə qədər yüksələrək 3,5%-ə çatıb. Strateji valyuta ehtiyatlarımız 52 mlrd ABŞ dollarına çatıb ki, bu da ÜDM-in həcminin 90%-dən çox deməkdir".

Bunu "Vergi islahatları: Birlikdə kölgədən işıqlığa doğru" adlı konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarovun sözlərinə görə, qeyri-neft ixracı 14% artaraq 2 mlrd dollara çatıb: "İnflyasiya 2,6% olub, əhalinin pul gəlirləri isə inflyasiyanı 2,8 dəfə üstələyib".

Report




Bölməyə aid digər xəbərlər
17-04-2025, 15:03 ARDNF-in aktivləri artıb
8-04-2025, 11:53 Çin ABŞ-a meydan oxuyur