20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Mikayıl Cabbarov: "Sahibkarlıq subyektlərində yoxlamalar 44% azalıb"
Tarix: 11-02-2020 18:38 | Bölmə: İqtisadiyyat
Mikayıl Cabbarov: "Sahibkarlıq subyektlərində yoxlamalar 44% azalıb"

"2019-cu ildə Azərbaycanda əmək müqavilələrinin sayı 18,4% artıb".

Bunu "Vergi islahatları: Birlikdə kölgədən işıqlığa doğru" adlı konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, son nəticədə sosial sığorta ayırmaları üzrə daxilolmalar 24%, işsizlikdən sığorta üzrə daxilolmalarda 40% artım qeydə alınıb.

Nazirin sözlərinə görə, ötən il sahibkarlıq subyektlərində yoxlamalar 44% azalıb, yoxlamalar nəticəsində hesablanmış ödəmələrin məbləği isə 18% artıb.

“Hazırda hər iki ödəyicidən yalnız biri səyyar yoxlamaya məruz qalır. Büdcəyə daxil olan vergi daxil olmalarının 91%-i isə könüllü ödəmələr hesabına formalaşır”, - M.Cabbarov əlavə edib.

Nazir onu da əlavə edib ki, 2019-cu ildə hüquqi şəxslərin bank hesabları 19%, fiziki şəxslərin bank hesabları isə 26% artıb: “Aktiv ƏDV ödəyicilərinin sayı 37,5%-ə qədər artıb və nəticədə ƏDV üzrə ümumi artım 16,4% təşkil edib”.

Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər