20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Azərbaycanda nümunəvi dönərxanalar yaradılacaq
Tarix: 13-02-2020 12:44 | Bölmə: İqtisadiyyat
Azərbaycanda nümunəvi dönərxanalar yaradılacaq

Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutunun nəzdində "Süfrə" MMC yaradılacaq.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, həmin qurumun əsas rolu qida təhlükəsizliyi standartlarını özündə əks etdirən pilot layihələrin tətbiq edilməsidir: "Belə pilot layihələrdən biri də minimum keyfiyyət təhlükəsizliyi tələblərini özündə əks etdirən dönərxanaların yaradılmasıdır. Təxminən 7 kvadratmetrlik sahəni əhatə edən, amma bütün sanitar gigiyenik göstəricilərini beynəlxalq standartlara uyğun şəkildə özündə əks etdirən dönərxana yaradılacaq".

AQTA sədri bildirib ki, bu layihəyə qatılmaları üçün dönər fəaliyyəti ilə məşğul olan minlərlə kiçik və orta sahibkarlıq subyektlərinə müraciət ediləcək: "Bunun da əsas məğzi ondan ibarətdir ki, Azərbaycanın müxtəlif regionlarındakı dönərxanalar arasından seçimlər edəcəyik. Dönərxanalar püşkatma yolu ilə seçiləcək. Qida Təhlükəsizliyi İnstitutu tərəfindən bütün işlər pulsuz həyata keçiriləcək".

Q.Təhməzli vurğulayıb ki, ilkin olaraq kiçik ölçülü, modul tipli heyvan kəsimi ilə bağlı məntəqələr yaradılacaq: "Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının verdiyi tövsiyələrə əsasən, həmin məntəqələr üçün qoyulan minimal tələblər AQTA-nın ekspertləri tərəfindən müəyyənləşdirilir. Agentlik 39 rayonda 40 kəsim məntəqəsi yaradacaq. Hazırda həmin məntəqələrin quraşdırıla biləcəyi yerlər müəyyənləşdirilir. Heyvan kəsimi məntəqələrində də Qida Təhlükəsizliyi İnstitutu tərəfindən bütün fəaliyyətlər pulsuz həyata keçiriləcək. Bu, sırf qida təhlükəsizliyinin təmininə yönəlib".(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər