07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Azərbaycanda 14 sahə komissiyası yaradılacaq
Tarix: 13-02-2020 20:58 | Bölmə: İqtisadiyyat
Azərbaycanda 14 sahə komissiyası yaradılacaq

Azərbaycanda bacarıqların artırılması üzrə sahə komissiyaları yaradılacaq.

Bu barədə “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nda qeyd olunub.

Belə ki, Tədbirlər Planında peşə və kvalifikasiya standartlarının hazırlanması, habelə peşə hazırlığı və əlavə təhsil sisteminin təkmilləşdirilməsi sahəsində tədbirlərdə işəgötürənlərin iştirakının artırılması məqsədilə işəgötürənlərin və aidiyyəti orqanların nümayəndələrindən ibarət “Bacarıqların artırılması üzrə sahə komissiyaları” yaradılacaq.

Bununla bağlı 14 sahə komissiyasının yaradılması nəzərdə tutulub. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə tapşırıqlar verilib/Report.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}