20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Nazir müavini: "Bərpa olunan enerji mənbələrindən istifadəni genişləndirəcəyik"
Tarix: 19-02-2020 12:36 | Bölmə: İqtisadiyyat
Nazir müavini: "Bərpa olunan enerji mənbələrindən istifadəni genişləndirəcəyik"

Dünyada enerjiyə tələbatın ətraf mühitə zərər vurmadan ödənilməsi bu gün aktual məsələlərdəndir və Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) atmosferə atılan karbon emissiyalarının azaldılması ilə bağlı işləri dəstəkləyir.

Bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev Energetika və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə ADA Universitetində Səudiyyə Ərəbistanının "ACWA Power" və BƏƏ-nin "Masdar" şirkətləri, bır sıra dövlət qurumları və beynəlxalq təşkilatların iştirakı ilə Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin inkişafı üzrə təlim-seminar zamanı deyib.

"Bu gün Azərbaycanda bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı 8%-dən bir qədər çoxdur. Bu göstəriciləri bir qədər də artıra, ekoloji və enerji təhlükəsizliyinə töhfə verə bilərik. Nazirik bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin tərəfdarıdır, çünki bu mənbələrin ətraf mühitə mənfi təsiri yoxdur", - deyə N. Quliyev qeyd edib.

Nazir müavini onu da əlavə edib ki, bərpa olunan enerji mənbələrinin inkişafı həm iqtisadi, həm də ekoloji cəhətdən çox əlverişlidir/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər