20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
ABŞ Çin mallarının bir hissəsini əlavə rüsumlardan azad edib
Tarix: 19-02-2020 21:15 | Bölmə: İqtisadiyyat
ABŞ Çin mallarının bir hissəsini əlavə rüsumlardan azad edib

ABŞ Çindən idxal olunan 47 növ malı 2018-ci ilin sentyabr ayında qüvvəyə minmiş əlavə rüsum siyahısından çıxarıb.

“Report” Federal Reyestrin elektron bazasına istinadən xəbər verir ki, bu il avqustun 7-dək rüsumlardan azad edilən mallar arasında süni və pambıq parçalar, səyyar elektrik plitələr, yanacaq filtrləri, elektron tərəzilər, lotereya bileti satan cihazlar, dəyişən cərəyanla işləyən mühərriklər, kabel şəbəkələri üçün güc mənbələri, taxta uşaq çarpayıları, kamin bəzəkləri göstərilir.

Bu addımın səbəbləri arasında həmin mallardan bəzilərinin yalnız Çində istehsal olunması da var.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər