20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Türkiyə Mərkəzi Bankının 29 milyard dollarlıq qızıl ehtiyatı var
Tarix: 20-02-2020 17:21 | Bölmə: İqtisadiyyat
 Türkiyə Mərkəzi Bankının 29 milyard dollarlıq qızıl ehtiyatı var

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 1,296 milyard ABŞ dolları, yaxud 1,8% artaraq 104,560 milyard ABŞ dolları təşkil edib.

Bu barədə qurumun statistik hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 28,585 milyard dollarlıq hissəsi qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 287 milyon dollar, yaxud 1% çoxdur.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 1,009 milyard dollar, yaxud 1,4% artaraq 75,471 milyard dollar təşkil edib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər