20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Nazirlik tikinti şirkətini 20 min manat cərimələyib
Tarix: 27-02-2020 11:33 | Bölmə: İqtisadiyyat
Nazirlik tikinti şirkətini 20 min manat cərimələyib

Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinin pozulmasına görə “Azimut İnşaat” MMC barədə inzibati protokol tərtib edib.

Xətai Rayon Məhkəməsi bu protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli bilərək, 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb.

Xətai rayon Məhkəməsinin 28 yanvar 2020-ci il qərarından “Azimut İnşaat” MMC-nin direktoru Kənan Oruclu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Hakim Namiq Məmmədovun sədrlik etdiyi iclasda şikayət təmin edilməyib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər