Mikayıl Cabbarov: “Azərbaycan şirkətləri Gürcüstana əhəmiyyətli investisiyalar yatırır”
Tarix: 27-02-2020 23:21 | Bölmə: İqtisadiyyat
Mikayıl Cabbarov: “Azərbaycan şirkətləri Gürcüstana əhəmiyyətli investisiyalar yatırır”

“Gürcüstan Azərbaycan üçün əhəmiyyətli iqtisadi tərəfdaşdır”.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov gürcü həmkarı Natia Turnava ilə görüşdən sonra bildirib.

Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin yaydığı məlumata əsasən, nazir Azərbaycan şirkətlərinin Gürcüstanda çox fəal olduğunu deyib:

“Azərbaycan şirkətləri Gürcüstan iqtisadiyyatına əhəmiyyətli investisiyalar yatırır”.

M. Cabbarov qeyd edib ki, görüşdə mövcud layihələr, əməkdaşlıq üçün gələcək planlar, hər iki ölkə bazarını xarici investisiyalar üçün daha da cəlbedici etməklə bağlı məsələlər üzrə müzakirələr aparılıb.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}