20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlər artıb
Tarix: 28-02-2020 13:38 | Bölmə: İqtisadiyyat
Daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlər artıb

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən bu ilin yanvar ayı ərzində daşınmaz əmlakın icbari sığortası növü üzrə 10 101,2 min manat sığorta haqqı yığılıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 70 faizə yaxın artım deməkdir.

Bu müddətdə adıçəkilən sığorta növü üzrə ödənişlərin həcmi də 98 faiz artaraq 306,6 min manatdan 606,6 min manata yüksəlib.

Qeyd edək ki, bütün sığorta növləri üzrə isə şirkətlərin cəmi yığmları 111 550,2 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27 faizə yaxın çoxdur. Bu müddətdə ödənişlər də 53 faizə yaxın artaraq 26 185 min manata yüksəlib.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər