"Bakcell" soyğunçuluqla məşğuldur - İSBAM rəhbəri şirkəti oğurluqda ittiham edir
Tarix: 29-02-2020 13:18 | Bölmə: İqtisadiyyat
"Bakcell" soyğunçuluqla məşğuldur - İSBAM rəhbəri şirkəti oğurluqda ittiham edir

"Bakcell" şirkətinin soyğunçulugu nə sərhəd tanıyır, nə də limit. Hal-hazırda səhhətimlə əlaqədar müalicə alıram. Müalicə alarkən, dünyadan da qopmamaq lazımdır. Amma bu ümidi "Bakcell"ə bagladınsa, öldün'".

Reyting.az
xəbər verir ki, bu sözləri İçtimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli deyib.

O bildirib ki, "Bakcell" verdiyi aylıq paketdə həm dəqiqədə oğurlayır, həm də internetdə: "Növbəti paket internet götürürsən, benzinə vurulan qaz kimi havaya uçur. Bu qədər biabırçılıq, bu qədər ogurluq olmaz".

Mərkəz rəhbəri qeyd edib ki, son bir ildə dəfələrlə bu şirkətə şikayətlər etsə də, faydası olmayıb: "Bakcell" və digər mobil operatorların abonentləri limitsiz soymasına nə zaman son qoyulacaq? İnsanın əsəblərin tarıma çəkməyin!".

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}