16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Rusiya milyarderləri ilin əvvəlindən 30 milyard dollar itirib
Tarix: 02-03-2020 18:38 | Bölmə: İqtisadiyyat
Rusiya milyarderləri ilin əvvəlindən 30 milyard dollar itirib

Bu ilin əvvəlindən Rusiya milyarderlərinin var-dövləti 29,54 milyard ABŞ dolları azalıb.

Bu rəqəm “BloombergBillionairesIndex” (BBI) əsasında məlum olub.

Reytinq dünyanın 500 varlı insanını əhatə edib ki, bunun da 24-ü Rusiyadandır. Bunlardan biri “Nornikel”in şirkətinin əsas sahiblərindən biri - Vladimir Patanindir. O, son 2 ayda 86,6 milyon ABŞ dolları itirib və hazırda 28 milyard ABŞ dollarına sahibdir. Bununla belə, o, hələ də BBİ siyahısında ən varlı rusiyalı hesab edilir.

“LUKoil” neft-qaz şirkətinin rəhbəri və həmsahibi Vahid Ələkbərov isə ilin əvvəlindən 2,6 milyard ABŞ dolları itirib. Hazırda onun varidatı 19,7 milyard ABŞ dolları təşkil edir.

Novolipetsk Metallurgiya Zavodunun əsas benefisiarı olan Vladimir Lisin isə ilin əvvəlindən 2,19 milyard ABŞ dolları "kasıblayıb". Hazırda onun var-dövləti 19,2 milyard ABŞ dolları təşkil edir/Report.




Bölməyə aid digər xəbərlər
Dünən, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}