20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Bankirlər Mərkəzi Bankda toplanıb: nələr müzakirə edilib?
Tarix: 04-03-2020 16:22 | Bölmə: İqtisadiyyat
Bankirlər Mərkəzi Bankda toplanıb: nələr müzakirə edilib?

Prezident İlham Əliyevin “Regionların 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının I ilinin yekunlarına həsr olunmuş konfransda iqtisadiyyatın real sektorunun kreditləşməsinin aktivləşdirilməsi, biznes kreditlərinə üstünlük verilməsi, güzəştli kreditlərin daha çox kiçik və orta sahibkarlığın inkişafına yönəldilməsi, istehak kreditlərinin optimallaşdırılması və digər isiqamətlərə dair verdiyi tapşırıqların icrasının növbəti qiymətləndirilməsi üçün ötən gün Azərbaycan Mərkəzi Bankında "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyi və aparıcı kommersiya banklarının rəhbərləri ilə birgə görüş keçirilib.

Reyting.az
Mərkəzi banka istinadla xəbər veirr ki, görüşdə qeyd olunan məsələlər ətrafında geniş müzakirə aparılıb, cari ilin əvvəlindən bank sektoru üzrə biznes kreditlərinin dinamikası dərindən təhlil olunub. AMB bütün banklara, xüsusən aparıcı banklara biznes kreditlərinin daha da aktivləşdirilməsi istiqamətində əlavə tapşırıqlar verib. Müzakirələrdə biznes kreditlərinin təşviqi istiqamətində tətbiq edilən prudensial tənzimləmə tələblərinin təsiri də qiymətləndirilib.

Görüşdə istehlak kreditlərinin optimallaşdırılması üzrə görülən tədbirlər də geniş müzakirə olunub. Bildirilib ki, bütövlükdə istehlak kreditlərinin artım tempini tənzimləmək üçün yeni requlyativ normalar qəbul olunub.

Regionlarda, xüsusən də kənd yerlərində maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması məsələləri ətraflı müzakirə olunub. Vurğulanıb ki, maliyyə-bank sektorunun qarşısında qoyulan əsas vəzifələrdən biri kimi mövcud kreditləşmə institutlarının regional fəaliyyətlərinin gücləndirilməsi, xüsusilə kənd təsərrüfatının kreditləşməsinin təminat məsələlərinin tənzimlənməsi imkanları diqqət mərkəzində saxlanılmalıdır.

Bütövlükdə, real sektorun, eləcə də regionların maliyyə inklüzivliyinin gücləndirilməsi, resurslara çıxış imkanlarının yaxşılaşdırılması, ölkədə istehlak kreditləşməsinin optimallaşdırılması üzrə bank sektorunun qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsinin mühüm şərti kimi bank sisteminin sabitliyinin qorunmasının vacibliyi vurğulanıb və bununla əlaqədar banklarda daxili nəzarət sistemlərinin gücləndirilməsi, eləcə də risk menecment potensialının artırılması istiqamətində müvafiq tədbirlərin görülməsinə dair tapşırıqlar verilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər