16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Bakıda Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək
Tarix: 05-03-2020 12:12 | Bölmə: İqtisadiyyat
Bakıda Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək

Gələn ilin aprel ayında Bakıda Azərbaycan-Gürcüstanın iş adamlarının iştirakı ilə biznes forum təşkil olunacaq.

Bu barədə Avropa İttifaqı - Gürcstan Biznes Şurasının baş katibi Zviad Çumburidze Tbilisidə keçirilən Azərbaycan-Gürcüstan biznes forumunda bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf yolu güclü əməkdaşlıqdan keçir: “Özəl sektora bu əlaqələrin gücləndirilməsi üçün dəstək tələb olunur”.

O qeyd edib ki, Gürcüstan və Azərbaycanın birgə təşkilatçılığı ilə Avropa İttifaqı ölkələrinin paytaxtlarında hər iki ölkənin investisiya imkanlarının təşviqi məqsədilə birgə tədbirlər təşkil edə bilər.

Forumda çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələr yüksək səviyyədədir: “Hər iki ölkənin iqtisadiyyat nazirlərinin bu yaxınlarda həyata keçirilən qarşılıqlı səfərləri bu münasibətlərin inkişafına təkan verib”.

Səfir bugünkü biznes forumun iki ölkə arasındakı iqtisadi əməkdaşlıq və iş adamları arasında əlaqələrin intensivləşməsinə dəstək verəcəyinə ümidvar olduğunu deyib/Report.




Bölməyə aid digər xəbərlər
Dünən, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}