20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Səfir: "Azərbaycan - Böyük Britaniya İnvestisiya Komitəsinin iclası olacaq"
Tarix: 05-03-2020 14:13 | Bölmə: İqtisadiyyat
Səfir: "Azərbaycan - Böyük Britaniya İnvestisiya Komitəsinin iclası olacaq"

Cari il Böyük Britaniya və Azərbaycan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilməsi planlaşdırılır.

Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp məlumat verib.

“Bu il ikitərəfli münasibətlərimizdə iki tədbir gözlənilir. Xarici İşlər nazirlikləri arasında xarici siyasətlə bağlı dialoq aparılacaq. Hələlik tarix təyin edilməyib. Həmçinin bu ilin payızında Azərbaycanda keçiriləcəyinə ümid etdiyimiz Birgə İnvestisiya Komitəsinin iclasını təşkil etməyi planlaşdırırıq”, - o, deyib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər