11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Pensiya, müavinət və təqaüdlər Novruz bayramına qədər ödəniləcək
Tarix: 07-03-2020 12:44 | Bölmə: İqtisadiyyat
Pensiya, müavinət və təqaüdlər Novruz bayramına qədər ödəniləcək

Mart ayı üzrə pensiyaların ödənişinə başlanılıb.

Reyting.az
xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı deyib.

Fazil Talıblı bildirib ki, bu ay üzrə bütün pensiya, müavinət və təqaüdlər Novruz bayramına qədər ödəniləcək. Novruz bayramı ilə əlaqədar mart ayı üzrə pensiya, müavinət və təqaüdlərin qrafikdə nəzərdə tutulduğundan əvvəl, bayramaqədərki dövrdə ödənilməsi təmin olunacaq. Pensiyaların ödənişinə artıq başlanılıb və Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, Naxçıvan MR üzrə pensiyalar vətəndaşların hesablarına köçürülüb. Növbəti iş günlərində bu proses digər bölgələr üzrə davam edəcək və martın 19-dək bütün növ pensiyaların ölkə üzrə ödənişi başa çatacaq. Həmçinin müavinət və təqaüdlərin də yaxın günlərdə qrafikdən əvvəl ödənişinə başlanması və həmin ödənişlərin də Novruz bayramına qədər həyata keçirilməsi nəzərdə tutulub.




Bölməyə aid digər xəbərlər
Bu gün, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}