20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Neftin qiyməti 35 dollara düşüb
Tarix: 09-03-2020 08:59 | Bölmə: İqtisadiyyat
Neftin qiyməti 35 dollara düşüb

"Brent” markalı Şimal dəniz neft qatışığının may fyuçerslərinin qiyməti 33,4% azalaraq 33,94 ABŞ dollar/barelə düşüb.

Reyting.az
xəbər verir ki, Bakı vaxtı ilə 02:25-də "Brent” markalı neftin qiyməti yüksəlib və 35,23 ABŞ dolları təşkil edib.

"WTI” (West Texas Intermediate) markalı yüngül neftin may fyuçerslərinin qiyməti isə bir barelə görə 27,1% azalaraq 32,48 ABŞ dolları təşkil edib.

"Brent” neftinin bu qiyməti 2016-ci il fevral ayından bəri ən aşağı qiymətdir.

Vyanada OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin ("OPEC+”) nazirlərinin görüşünün nəticəsiz başa çatması, koronavirusun dünyada yayılması "qara qızıl”ın qiymətinə mənfi təsir edib.

OPEC neft hasilatının gündəlik daha 1,5 milyon barrel azaldılması və mövcud sazişin müddətinin ilin sonuna qədər uzadılması ilə bağlı təkliflə çıxış edib. Lakin Rusiya bu təklifə qarşı çıxıb.(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər