20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Rusiya dollar alqı-satqısını dayandırdı
Tarix: 09-03-2020 12:29 | Bölmə: İqtisadiyyat
Rusiya dollar alqı-satqısını dayandırdı

Rusiya Bankı (Mərkəzi Bank) yaxın 1 ay ərzində daxili bazardan xarici valyutanın (ABŞ dolları) alışının dayandırılması barədə qərar qəbul edib.

Tənzimləyici qurum qərarını əmtəə birjalarında neftin ucuzlaşması fonunda valyuta bazarında volatilliyin azaldılması istəyi ilə izah edib.

Rusiya Bankı həmçinin bəyan edib ki, dollar alışının bərpa edilib-edilməməsi bu ay maliyyə bazarlarındakı vəziyyətdən asılı olacaq.

Qeyd edək ki, bu gün qonşu ölkədə ABŞ dollarının məzənnəsi 75 rubla, avronun məzənnəsi isə 85 rubla yüksəlib. Bu, ötən həftənin sonu ilə müqayisədə təxminən 10% çoxdur və 2016-cı ilin əvvəlindən bəri maksimal həddir. (Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər